Tam Yeni Mitsubishi Outlander
İrəli çıx. Seçil
Valehedici lüks
O, görkəmlidir. Dinamik dizayn, güclü idarəetmə və valehedici lüks sayəsində formanı funksionallıqla tamamilə yeni şəkildə birləşdirir. O, sənət əsəri kimidir və özünəməxsus tərzə malikdir, amma eyni zamanda güclüdür və zövqlü idarəetmə vəd edir. Onun sükanı arxasında olmaqdan qürur duyacaqsınız və yolunuz hara olur-olsun həmişə ona arxalana biləcəksiniz.
/// Ənənəvi dizayn dövrü bitdi

Bu sadəcə “redizayn” deyil. Bu inqilabdır. Outlander 2022-nin təsirli eksteryeri daha geniş və əzələli görkəmi sayəsində ətrafa inam hissi ötürmək üçün tamamilə yenidən nəzərdən keçirilib. Biçimli yan tərəflər və fərqlənən ön hissə heyranedici və güclü yeni obraz yaradır.







/// Eksteryer
Outlander-in dinamik ön hissəsi və qüvvətli duruşu müdafiə və möhkəmlik hissi ötürür. Müasir proporsiyalar və güclü horizontal elementlər cəsarətli və görkəmli görünüş yaradır. Gözalıcı 20" təkərlərlə təmin olunmuş Outlander-in biçimli yan tərəfləri və yonulmuş korpusu bir baxanı bir daha baxmağa vadar edir. Eleqant və dəbli Outlander-in reaktiv quyruq hissəsi, axıcı damı və maili arxa konturları Mitsubishi-nin yarış avtomobillərindən qalan mirasını əks etdirir. Eleqant və dəbli Outlander-in reaktiv quyruq hissəsi, axıcı damı və maili arxa konturları Mitsubishi-nin yarış avtomobillərindən qalan mirasını əks etdirir. Mövcud rənglərdən biri də Red Diamond-dur. Dərin, dolğun rəng Outlander-ə unikal görünüş verir, onun xrom detallarını önə çıxarır.






/// İnteryer
LÜKS İNTERYER
Detallar fərq yaradır
Outlander-in interyeri “yapon qonaqpərvərliyi” Omotenaşi əsasında yaradılıb. Outlander 2022 sübut edir ki, əsl lüks milyonlarla kiçik toxunuşun, düymələr və sferblatlar kimi kiçik detallara belə diqqət yetirməyin, sükanın, interyer işıqlandırılmasının, displeyin idarəetmə elementlərinin və hətta saxlama komponentlərinin düşüncəli dizaynının nəticəsidir.
Mitsubishi-nin detallara necə diqqət yetirdiyini qapı örtüyünün nəfis almazşəkilli tikişli teksturunda aydın görmək mümkündür.
Oturacaqların elektriklə tənzimlənən 8 unikal konfiqurasiyası və yaddaş funksiyası hər sürücü, güzgülər, rəqəmsal klaster tənzimləmələri ilə əlaqəlidir. Dəri və ya yarımanilin dəri örtük materialı isə bütün sürücülərin bədəninə uyğunlaşır.
Ötürücü qolu, idarəetmə rejimlərinin selektoru, stəkan altlıqları – bir sözlə sizə lazım olan hər şey əlinizin altındadır.

/// MITSUBISHI OUTLANDER İNTERYERİNİN ÖZƏLLİKLƏRİ

ELEKTRİKLƏ TƏNZİMLƏNƏN PANORAMA LYUK
Ulduzlara toxununDaha yaxşı görüntü deyəndə təkcə önü və arxanı nəzərdə tutmuruq; Outlander 2022-nin daha geniş panorama lyuku ucsuz-bucaqsız səma və hüdudsuzluq hissi yaradır.
11 SRS TƏHLÜKƏSİZLİK YASTIQLARI
Ən çox ehtiyacınız olan anda ekstra-təhlükəsizlikOn standart təhlükəsizlik yastığına – ön, sürücünün yan paneli və yan pərdə təhlükəsizlik yastıqları daxil olmaqla - əlavə olaraq Outlander-də on birinci yastıq da var. Bu sürücü oturacağına quraşdırılmış ön-mərkəzi təhlükəsizlik yastığı sizə hər səfərdə əlavə arxayınlıq verəcək.

3-ZONALI KLİMAT-KONTROL
Qat-qat geyinməyə ehtiyac yoxdur Artıq mükəmməl temperatur üstündə mübahisələr keçmişdə qalıb. 3-zonalı klimat-kontrol sürücüyə, öndəki və arxadakı sərnişinlərə temperaturu ayrı-ayrılıqda öz istəklərinə uyğun tənzimləmək imkanı verir.

TƏNZİMLƏNƏN YÜK YERİ
Yük məsələsi həll olunub.Outlander təkcə 33.5 kub fut həcmində yük yeri təklif etmir, baqaj qapısının genişləndirilmiş çərçivəsi yükləri yığıb-boşaltmağı daha da asanlaşdırır, məkanın özü isə tənzimlənə bildiyi üçün yükünüzü istədiyiniz kimi yerləşdirə bilirsiniz.

MƏRKƏZİ DİSPLEY VƏ RƏQƏMSAL SÜRÜCÜ DİSPLEYİ
Bir sürücü, iki ekran, limitsiz informasiyaİnformasiya sözün hərfi mənasında barmağınızın ucundadır. 12.3" tam rəqəmsal sürücü displeyi Outlander-inizin vəziyyəti ilə bağlı informasiyanın anbaan yenilənməsini təmin edir, yüksək həllə malik displey əyləncə seçimlərini, S-AWC məlumatlarını və daha çoxunu əks etdirəcək şəkildə tənzimlənə bilir.

AVTOMOBİLDAXİLİ ƏYLƏNCƏ
Ən böyük lüks əyləncədirKinoteatrdan geri qalmayan quraşdırılmış səs sistemi sayəsində Android Auto və AppleCarPlay əyləncə üçün əla vasitəyə çevrilir.





/// Tam ötürücülü sistem
ƏSAS TƏCHİZATDIR
Outlander 2022 təkcə üzdən gözəl deyil. Yeni təkmilləşdirilmiş şassi böyük təəssürat və arxayınlıq hissi verən stabillik yaradır, ən son Mitsubishi S-AWC texnologiyası isə iki yeni idarəetmə rejimi ilə təmin olunub. Beləliklə ümumilikdə altı idarəetmə rejimi sayəsində istənilən şəraitdə inamla sürə bilərsiniz.
Müxtəlif yol şərtlərinə uyğun rejimlər arasında asanlıqla seçim etməyə imkan verən İdarəetmə Rejimlərinin Selektoru ilə optimal idarəetmə qabiliyyətinə nail olun.
Tam yeni Outlander yeni bir ideyanın ifadəsidir. Bu avtomobil idarəetmə zövqü anlayışını yenidən təyin edir, şərtilikləri qırıb yeni yerləri kəşfə çıxmaq üçün sizə cəsarət verir.

/// MITSUBISHI OUTLANDER TƏCHİZAT ÖZƏLLİKLƏRİ
S-AWC VƏ İDARƏETMƏ REJİMLƏRİNİN SELEKTORU
Outlander 2022-nin avtomobil yarışları əsasında inkişaf etdirilmiş ən son Super All Wheel Control texnologiyası fırlanma anına cəld reaksiya verən birbaşa birləşməyə malikdir və altı mövcud idarəetmə rejimi ilə tam inteqrasiya olunub. Mitsubishi-nin 4WD rejimi, All-Wheel Control (AWC) üçün mövcu olan yeni MUD rejimi ilə demək olar ki, istənilən şəraitdə arxayınlıqla sürə bilərsiniz.4-SİLİNDRLİ MÜHƏRRİK
Rəqabətdə öndə olunOutlander-in 4-silindrli mühərriki daha yaxşı göstəricilər və fırlanma anı, yanacaq qənaəti və mümkün olan ən yüksək səviyyədə təmiz emissiya əldə etmək üçün yenidən işlənib hazırlanmışdır. Outlander-in mühərriki birbaşa inyeksiyadan istifadə, elektriklə idarə olunan klapan zamanlamasına nəzarət (VVT) sistemi, soyudulmuş işlənmiş qazın təkrar dövriyyəsi (EGR) və silindr dəliyinin güzgü örtüyü kimi ən son texnologiyaları özündə birləşdirərək yanacaq qənaətini sürətləndirmə performansı ilə balanslaşdırır.

ASQI
İpək kimi hamar, alüminium kimi yüngül Outlander-in yeni təkmilləşdirilmiş asqısı yüngülçəkili və yüksək sərtlikdə alüminium komponentlərə, içiboş stabilizasiya millərinə və anti-vibrasiya dəstəyinə malikdir. Bildiyimiz rəvan sürüş indi daha rəvan, sakit və komfortludur.